Fatih Terim daha 5 il “Qalatasaray”da!
27.02.2019 , 21:01

Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Fatih Terim yeni müqavilə imzalayıb.
Təcrübəli mütəxəssis ilə yeni 5 illik razılaşma əldə olunub. Onun ilinə 3 milyon avro qazanacağı bildirilir. Yeni razılaşmanın bəndinə təzminat maddəsi yer almayıb.
Qeyd edək ki, Fatih Terim 2017-ci ildən “Qalatasaray” klubunu çalışdırır.
