Fatih Terim mövsüm başa çatdıqdan “Qalatasaray”la 2 illik müqavilə imzalayacaq.
Korner.az-ın məlumatına görə, Bu haqqda “Milliyet” qəzetinə klubun prezidenti Ünal Aysal açıqlama verib.
“Sarı-Qırmızılar”ın başqanı may ayında müqaviləsi bitəcək baş məşqçi ilə 2 illik yeni müqavilə imzalayacaqlarını bildirib:
“May ayında Fatih terimin müqaviləsi başa çatır. Müqavilənin müddəti bitər-bitməz 2 illik yeni müqavilə imzalayacayıq. Mən komandada olduğum müddətdə Fatih Terimdə mənimlə birgə “Qalatasaray”da işləyəcək”
