Fatih Terim Bakıya gələcək
14.11.2024 , 12:27
Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim Azərbaycana səfər edəcək.
Korner.az xəbər verir ki, o, Bakıya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP-29) iştirak etmək üçün gələcək.
O, “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə konfrans çərçivəsində dünya klublarının iqlim dəyişikliyi ilə mübarizə alyansının toplantısında təmsil olunacaq.
Alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq.