"Qalatasaray"dan göndərilən Fatih Terimə "Cim Bom" azarkeşləri dəstək çıxıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qərardan dərhal sonra azarkeşlər axın – axın klubun Floryadakı Metin Oktay bazasına gəlib məşqçiyə dəstək olublar.
Daha sonra "İmperator"un evi önünə yığışan azarkeşlər dəstəklərini davam etdirməklə yanaşı, başqan Ünal Aysal və idarə heyətini də istefaya səsləyiblər. Terim ona dəstək olan azarkeşləri salamlayıb və onlardan halallıq istəyib. Onun göz yaşlarını saxlaya bilmədiyi deyilib.