Fatih Terim əməliyyat olundu
24.04.2023 , 18:54
Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim əməliyyat olunub.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, 69 yaşlı mütəxəssisin burun əməliyyatı keçirdiyi qeyd olunub. Onun sağlamlığında ciddi bir problemin olmadığı diqqətə çatdırılıb.