Futbol

Fatih Terimə sərt cəza

26.11.2021 , 19:29

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi cəzalandırıb.

Korner.az xəbər verir ki, 68 yaşlı mütəxəssisə 5 oyunluq cəza verilib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Terimin cəzalanmasına səbəb “Fənərbağça” ilə oyunda (1:2) qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etməsi olub. Baş məşqçiyə əlavə olaraq pul cəzası da verilib.

Son yazılar

Yuxarı