“Qalatasaray” klubu müqaviləni uzatmaq istədiyi baş məşqçi Fatih Terimə sərfəli təklif irəli sürüb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klubun başqanı Ünal Aysal “imperator” ləqəbli məşqçiyə bonuslarla birlikdə illik 5 milyon avro təklif edib.
Müqavilənin detalları milli fasilədən sonra daha ətraflı müzakirə olunacaq.
