Dünyanın məşhur kişi dərgisi "GQ" təsis etdiyi "İlin kişiləri" nominasiyası üzrə mükafatçıların siyahısını açıqlayıb.
Korner.az-ın məlumatına görə, siyahıda "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin də adı var.
Terim "İlin idman adamı" seçilib. Noyabrın 13-də keçiriləcək mükafatların təqdimetmə mərasimində film, maqazin və musiqi dünyasından məşhur simalar da iştirak edəcəklər.
