Qəbələ”nin baş məşqçisi Fatih Kavlakın yeni yardımçısı bəlli olub.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu posta “Qəbələ” futbol akademiyasında məşqçi kimi fəaliyyət göstərən Sənan Qurbanov gətirilib.
UEFA B kateqoriyasına sahib olan Sənan Qurbanov artıq iki ildən artıqdır ki, məşqçi kimi çalışır. O, akademiyadan öncə birinci divizionda çıxış etmiş “Neftçi İSM”də işləyib.
Məşqçilik fəaliyyətindən öncə isə “Qəbələ” ilə yanaşı, “Şəfa”, “Qarabağ”, “Dinamo”, “Saypa” (İran), “MKT-Araz”, və “Muğan” klublarında oynamış S.Qurbanov eyni zamanda həm olimpiya, həm də əsas yığma komandalarda forma geyinib.
