“Yeni mövsümdə hər kəsə uğurlar arzulayıram". Korner.az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Fatih Kavlak "Simurq"la baş tutan (1:1) oyundan sonra deyib.
Türkiyəli çalışdırıcı ilk turdakı xal itkisindən danışıb:
"İlk oyunda qalib gəlmək istəyirdik, lakin 1 qol vurmağımıza baxmayaraq, qapımızdan da bir qol buraxdıq. Baxımlı oyunun şahidi olduq, “Simurq” yaxşı komandadır”.
