"Ən azı 1 il daha "Qəbələ"də qalmaq istəyirəm. Klubun imkanları olduqca yüksək. Gələn mövsüm üçün çempionluqa oynayacaq bir komanda yaratmağa çalışıram. Transfer siyahımızda Bank Asya birinci liqasından futbolçu da var".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Fatih Kavlak "Goal.com"-a açıqlamasında deyib. Türkiyəli mütəxəssis ona bu ölkədən təklif gəlmədiyini də bildirib:
"Hansısa bir türk klubundan təklif almadım. Futbol hər yerdə futboldur. Azərbaycanda xoşbəxtəm və uzun illər burada qalmaq istəyirəm".
