Fati rəsmən “Brayton”da
01.09.2023 , 23:35

“Barselona”nın futbolçusu Ansu Fatinin “Brayton”a keçidi rəsmiləşib.
Korner.az xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb.
20 yaşlı hücumçu mövsümün sonuna qədər icarə əsasında Premyer Liqa təmsilçisində çıxış edəcək.
