Fati İspaniya millisində rekorda imza atdı
07.09.2020 , 19:26
İspaniya Millətlər Liqasının 2-ci turunda evdə Ukraynaya 4:0 hesabı ilə qalib gəlib.
Korner.az xəbər verir ki, ispanların 3-cü qolunu vuran Ansu Fati yığma tarixinə düşüb.
32-ci dəqiqədə fərqlənən futbolçu millinin tarixində qol vuran ən gənc futbolçu olub.
“Barselona”nın hücumçusu 17 yaş 311 günlüyündə buna nail olub.