Fati “Barselona”ya qayıda bilər
23.02.2024 , 22:12
İspaniya millisinin üzvü Ansu Fati “Barselona”ya geri qayıda bilər.
Korner.az-ın məlumatına görə, müqavilə ilə “Barselona”ya məxsus olan, lakin icarə əsasında “Brayton”da çıxış edən gənc vinger yenidən Kataloniya klubunda çıxış edə bilər.
Fatinin Premyer Liqa klubundakı çıxışı “Barsa” tərəfinin diqqətini çəkib və futbolçunu başqa komandaya icarəyə vermək istəmirlər.
