Fati 4 klubun transfer hədəfində
10.01.2025 , 14:30
“Barselona”nın hücumçusu Ansu Fati 4 klubun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, gənc futbolçunu “Sevilya”, “Betis”, “Valensiya” və “Jirona” kimi klublar heyətinə qatmaq istəyir.
22 yaşlı oyunçu “Barselona”da az forma şansı qazanır. Bu səbəbdən Kataloniya nəhəngi Fatini icarəyə verə bilər.