Premyer Liqanın 15-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Neftçi” oyununun baş hakimi Fariz Yusifov cəzalandırılıb.
Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Yusifov hələ ötən həftənin ortalarında ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – AZAL oyununun ehtiyat hakimlərindən biri təyin edilibmiş.
Ancaq onun Sumqayıtdakı oyunda idarəçiliyindən narazı qalan Hakimlər Komitəsi bugünkü matça təyinatını ləğv edib. Keçmiş FİFA referisinin yerinə Feyzulla Feyzullayev təyin olunub.
Mənbənin sözlərinə görə, müddət açıqlanmasa da, Yusifova 3 oyunluq cəza verilib.
