Bu gün Bakı Dövlət Universitetində fakültələrarası keçirilən futbol çempionatına start verilib.
Korner.az-ın məlumatına görə, turnirdə matçların ədalətini peşəkar hakim heyəti qoruyur
Turun ilk oyununda Kimya fakültəsinin tələbələri Kitabxanaçılıq fakültəsindən üstün olub – 3:0. Jurnalistika fakültəsi ilə Sosial Elmlər və Psixologiya (SEP) fakültəsinin tələbələri arasında keçirilən matçı Fariz Yusifov idarə edib. Bu oyun SEP-in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turnirdə müxtəlif fakültələrin tələbələrindən ibarət 16 komanda iştirak edir.
