Biz Yuri Loskovun keçidi ilə bağlı heç bir danışıq aparmamışıq. Syomin “Lokomotiv”də oynamış futbolçulardan kiminləsə müqavilə imzalamaqla bağlı bizə müraciət etməyib. Ancaq əgər istəsə, niyə də yox?”.
Korner.az-ın məlumatına görə, bu fikirlər “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfova məxsusdu.
Əyalət təmsilçisinin rəsmisi Rusiya mətbuatına açıqlamasında sözlərinə belə davam edib: “Syominə transferlərlə bağlı tam səlahiyyət vermişik. Təbii ki, biz transferləri razılaşdıracağıq. Onu deyə bilərəm ki, heyəti istədiyi kimi komplektləşdirməyinə imkan vermişik”