Futbol

Fariz Nəcəfov: “Fatih Kavlaka inanırıq”

15.05.2012 , 19:49

"Qəbələ" mövsümün sonunda mükafatçılar sırasına düşə bilməsə də, Fatih Kavlak baş məşqçi təyin edildikdən sonra əldə olunan nəticələri qənaətbəxş hesab etmək olar. Final mərhələsində “Qəbələ” ən çox xal qazanan komanda oldu, eyni zamanda futbolçular oyun planında əvvəlki ilə müqayisədə daha yaxşı təsir bağışladılar".

Korner.az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov klubun rəsmi saytına müsahibəsində deyib.

F.Nəcəfov klub rəhbərliyinin Fatih Kavlaka inandığını, ona komandanın uğur qazanması üçün hər cür dəstək veriləcəyini bildirib: "Yuxarıda sadalanan məqamlarda Kavlakın əməyi böyükdür. Klubdaxili iclasda bütün bunları bir daha diqqətdən keçirdik və Kavlakla müqavilənin müddətini 1 il uzatmaq qərarına gəldik. Klub rəhbərliyi türkiyəli mütəxəssisə inanır. Komandanın istənilən nəticəni əldə etməsi üçün ona hər cür dəstək veriləcək".

Son yazılar

Yuxarı