Fariz Nəcəfov cüdoçular ilə görüşdü
29.10.2019 , 21:56

“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov klubun cüdo bölməsinin məşqçiləri – Rail və Ramil İsmayılovlar, həmçinin cüdoçular – İmran Yusifov və Gülşən Bəşirova (hər ikisi klubun Qəbələ rayonu üzrə cüdo bölməsinin yetirməsidir) ilə görüşüb.
Korner.az xəbər verir ki, Nəcəfov məşqçi və cüdoçuları son dövrdə dünya və Avropa miqyaslı turnirlərdə qazandıqları böyük uğurlara görə təbrik edib və uğurlar arzulayıb.
Sonda görüş iştirakçılarına hədiyyələr təqdim olunub.
