Oktyabrda start götürəcək APB (AİBA Professional Boxing) turnirində daha bir çəki dərəcəsində boksçuların adları məlum olub.
Korner.az-ın məlumatına görə, təmsilçimiz Fariz Məmmədovun da mübarizə aparacağı 69 kq çəki dərəcəsində 8 idmançı Olimpiya lisenziyası uğrunda mübarizə aparacaq. 34 yaşlı Fariz Məmmədov 69 kq çəki dərəcəsinin ən yaşlı idmançısıdır. Bu çəkidə ən gənc idmançı isə 19 yaşlı Almaniyanı təmsil edən milliyətcə erməni olan Arajik Marutyandır.
Andrey Zamkovoy (Rusiya) – 27 yaşı var. London olimpiadasının bürünc mükafatçısı, 2009-cu il (Milan) dünya çempionatının gümüş mükafatçısı.
Arajik Marutyan (Almaniya) – 19 yaşı var. 2013-cü il (Almatı) dünya çempionatının bürünc mükafatçısı, 2013-cü il Avropa çempionatının (Minsk) gümüş mükafatçısı.
Denis Lazarev (Ukrayna) – 24 yaşı var. 2007-ci il (Serbiya) yeniyetmələr arasında Avropa birinciliyinin qalibi.
Fariz Məmmədov (Azərbaycan) – 34 yaşı var. WBO Avropa kəmərinin sahibi.
Gyula Kate (Macarıstan) – 32 yaşı var. 2003-cü il (Banqkok) dünya çempionatının, 2009-cu il (Milan) dünya çempionatının bürünc mükafatçısı.
Markos Nader (Avstriya) – 24 yaşı var.
Onur Sipal (Türkiyə) – 25 yaşı var. 2008-ci il Pekin olimpiadasının iştirakçısı, 2013-cü il tələbələrin Universiadasının (Kazan) bürünc mükafatçısı.
Rayton Okviri (Keniya) – 28 yaşı var. 2011-ci il Afrika oyunlarının bürünc mükafatçısı.
Xatırladaq ki, oktyabrın 24-də APB-də ilk döyüşlər start götürəcək. İlk görüşlər hərəsi 3 dəqiqədən olmaqla 6 raund olacaq. 2015-ci ilin yanvarında təşkil olunacaq APB çempionunu müəyyənləşdirən qarşılaşmalar isə 8 raund olacaq. Sonda hər çəkidə 2 boksçu Rio De Janeyro olimpiadasına vəsiqə qazanacaq.
