Ölkəmizi və klubumuzu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov Ukraynanın paytaxtı Kiyevdə keçirilən “K2 Promotions”un təşkil etdiyi döyüşün iştirakçısı olub.
Korner.az-ın “Qəbələ”nin saytına istinadən məlumatına görə, Məmmədov yarımorta çəki dərəcəsində (66,678 kq) reytinq xarakterli qarşılaşmaya çıxıb.
O, Kiyev İdman Sarayında ukraynalı Valentin Kutsla üz-üzə gəlib. 2010-cu ilin peşəkarlar arasında Avropa çempionu olan 34 yaşlı rəqiblə döyüş 8 raunddan ibarət olmalı idi. Lakin Məmmədov qələbəni vaxtından əvvəl qazanmağı bacarıb. Təmsilçimiz artıq ikinci raundda Kutsu nokauta göndərib. Sözügedən döyüşün videoyazısını sizlərə təqdim edirik: