Azərbaycanlı boksçu Fariz Məmmədov martın 15-də növbəti reytinq döyüşünü keçirib.
Korner.az-ın məlumatına görə, Almaniyanın Şenberq şəhərində keçirilmiş döyüşdə həmyerlimizin rəqibi Samir Boukrara olub.
Fransanı təmsil edən Tunis əsilli boksçu Farizin zərbələri qarşısında 1 raund tab gətirib. İkinci raundun ilk dəqiqəsində Məmmədov rəqibini texniki nokautla məğlub edib.
Həmyerlimizin öldürücü zərbəsini izləmək üçün klikləyin.
