Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov növbəti döyüşünü keçirib.
Korner.az-ın görə, təcrübəli boksçu WBO versiyasının reytinq xarakterli döyüşünüdə belaruslu Andrea Abramenko ilə qarşılaşıb.
Fariz Məmmədov 10 raundluq döyüşün üçüncü raundunda artıq rəqbini nokuata salıb.
Xatırladaq ki, F.Məmmədov 2013-cü ildə Andrea Abramenkonun böyük qardaşı Aleksandr Abramenkoya da qalib gəlib.
