Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxıb.
Korner.az-ın məlumatına görə, Boks Mərkəzində baş tutan döyüşdə həmyerlimizin rəqibi uqandalı Badru Lusambia olub.
Karyerasının son döyüşünü keçirən Fairz Məmmədov 12 raundluq qarşılaşmanın 8-ci raundunda texniki nokautla qələbə qazanaraq dünya çempionu adına layiq görülüb.
