Farer adalarının millimizlə oyun üçün start heyəti
15.11.2018 , 13:51

Farer adaları yığmasının baş məşqçisi Lars Olsen noyabrın 17-də UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Bakıda millimizlə keçirəcəkləri oyun üçün start heyəti açıqlayıb.
Danimarkalı mütəxəssis səfər matçında “3-4-3” taktiki sxemindən yararlanacaq. Təcrübəli çalışdırıcının ilk “11-lik”də meydana buraxacağı futbolçular isə bunlardır:
Qapıçı: Qunnar Nilsen
Müdafiəçilər: Odmar Feryo, Atli Qreqersen, Sonni Raqnar Nattestad
Yarımmüdafiəçilər: Gilli Rolandtsson Sorensen, Vilyormur Davidsen, Hallur Hansson, Roqvi Baldvinsson
Hücumçular: Solvi Vanthamar, Brandur Hendriksson, Klemint Olsen
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Farer adaları oyunu saat 21:00-da başlayacaq..
