21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Farer adalarının tarixinə düşüb.
Korner.az-ın məlumatına görə, AÇ-2017-nin dünən baş tutan seçmə oyununda Bakıda yığmamızdan xal alan (1:1) şimallılar tarixində 4-cü dəfə səfərdə xal qazanıb.
Millimiz ada təmsilçisinin iki dəfə rəqib meydanında uduzmadığı ilk komandadı. 5-ci seçmə mərhələsini keçirən Farer adaları tarixinin ilk səfər xalını da komandamızdan almışdı.
Bu, 2008-ci il sentyabrın 9-da qeydə alınmışdı. Şimallıların son səfər xalı isə 2009-cu il sentyabrın 21-nə təsadüf etmişdi. Həmin matçdan sonra ada yığması 2542 gün idi rəqib meydanında xal görmürdü. Bu seriya Bakıda başa çatıb.
