İtaliyada növbəti qalmaqal yaşanıb. Korner.az-ın məlumatına görə, İtaliyanın Bari prokurorluğu tərəfindən aparılan oyun alqı-satqısı ilə bağlı istintaq çərçivəsində “Bari” klubunun azarkeş qruplarının liderləri həbs olunub.
Onların həbsinin başlıca səbəbi futboçluları hədələməkləri göstərilir.
Ötən mövsümdən A Seriyasında çıxış edən komadanın futbolçuları – sabiq kapitan Jean Frankois Gillet və yarımmüdafiəçi Marko Rossi azarkeşlər tərəfindən təhdid olunub. Fanatlar onlardan uduzmağı tələb edib. Buna səbəb isə azarkeş qruplarının liderləri tərəfindən komandanın məğlubiyyətinə yüksək məbləğdə pul qoyuluşunun edilməsi olub.