Falkaonun yeni klubu
21.06.2024 , 15:50

Radamel Falkaonun yeni ünvanı məlum olub.
Korner.az xəbər verir ki, ulduz oyunçu “Millonarios”də çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı futbolçu ilə 2024-cü ilin sonuna qədər müqavilə imzalanıb.
Falkaonun son klubu “Rayo Valyekano” olub.
