“Mançester Yunayted” ötən yay “Monako”dan icarəyə götürdüyü Radamel Falkao ilə müqavilə bağlamayacaq.
Korner.az-ın məlumatına görə, ingilis klubunun rəhbərliyi fransızlara onun transfer etmək istəyinin olmadığını bildirib.
Amma “mankunianlar”ın qərarı kolumbiyalı futbolçu mövsün sonuna kimi yaxşı çıxış etsə dəyişə bilər. Qeyd edək ki, bu mövsüm Falkao meydana çıxdığı 20 matçda cəmi 4 qol vurub.
