İspanya La Liqasında oynanılcaq "Atletiko" (Madrid) və "Real" (Madrid) oyunu öncəsi "Atletiko" klubunun baş məşqçisi Simonedən sonra futbolçu Falkao da meydana qələbə üçün çıxacaqlarını bildirib.
Korner.az-ın məlumatına görə, kolumbiyalı hücumçu bərabərliyə razı olmayacaqlarını bildirib. "Real" qarşısında mövsümün ən yaxşı oyununu nümayiş etdirməyə məcbur olduqlarını deyən Falkao "biz hər bir oyunu qələbə ilə başa vurmağı düşünürük. "Real"la oyun da bu matçlardan biri olacaq" deyib.
