“Monako”nun hücumçusu Radamel Falkao ispaniya mətbuatında çıxıan xəbərlərə öz etirazını bildirib.
Korner.az-ın məlumatına görə, kolumbiyalı hücumçu İspaniyanın “Real” (Madrid) klubuna transfer olunacağı barədə yayılan xəbərlərə etirazını bildirib.
27 yaşlı futbolçu öz şəxsi “twitter” hesabında yayılan bütün xəbərləri yalanlayıb:
“Marca”nın bütün xəbərləri yalandır. “Monako”ya sadəcə pul üçün gəlməmişəm. Burada çox xoşbəxtəm və böyük bir proyektin içində olmaq istəyirəm”
