Falkao zədəsini sağaltdı
14.02.2020 , 20:53

“Qalatasaray”ın hücumçusu Radamel Falkao komanda ilə birgə məşqlərə başlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, kolumbiyalı futbolçu bu tur “Yeni Malatyaspor”a qarşı oynaya biləcək. 34 yaşlı hucümçu “Konyaspor”la görüşdə zədələnərək meydanı erkən tərk etmişdi.
Falkao bu mövsüm komandası ilə 15 oyun keçirib və 6 qol vurub.
