“Monako”nun futbolçusu Radamel Falkao uzun müddətdən sonra yenidən Kolumbiya millisinə çağırılıb.
Korner.az-ın məlumatına görə, bu xəbər klubun rəsmi saytında yer alıb.
30 yaşlı hücumçu DÇ-2018-in seçmə mərhələsində Çili və Argentina ilə oyunlar üçün yığmaya dəvət edilib.
Falkao sonuncu dəfə ötən ilin oktyabrında milliyə çağırılmışdı. O, indiyə kimi yığmada 63 oyuna 25 qol vurub.
