“Çelsi” “Monako”nun hücumçusu Radamel Falkaonun keçidini rəsmiləşdirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, London təmsilçisi kolumbiyalı futbolçunu icarəyə götürüb.
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Falkaonun əvvəlki formasını bərpa etməsi üçün əlindən gələni edəcəyini bildirib. 29 yaşlı futbolçu da öz növbəsində “Çelsi”yə keçdiyi üçün xoşbəxt olduğunu və yeni komandasında məşqlərə başlamağı və klubun Avropada uğur qazanmasına kömək etməyi səbirsizliklə gözlədiyini deyib.
