Futbol

Falkao “Qalatasaray”da nə qədər maaş alacaq?

21.08.2019 , 20:53

“Monako”nun hücumçusu Radamel Falkao tezliklə “Qalatasaray”a transfer olacaq. Təcrübəli forvard cümə gününə kimi İstanbula gələcək və “sarı-qırmızılar”la müqavilə bağlayacaq.

Korner.az xəbər verir ki, 33 yaşlı forvardla 3 illik anlaşma əldə edilib. Kolumbiya millisinin üzvü 2019/2020 mövsümü üçün 4 milyon 750 min avro maaş alacaq.

2020/2021 mövsümün Falkaonun məvacibi 5 milyon avro olacaq. 2021/2022 mövsümündə isə ulduz futbolçunun əmək haqqı 5 milyon 250 min avro olacaq.

Müqavilədə bonuslar da yer alıb. Bonuslarla birgə illik maaşın 7 milyon avroya qədər yüksələcəyi gözlənilir.

Son yazılar

Yuxarı