Fransa 1. Liqasının 3-cü turu çərçivəsində keçirlən “Nant”la oyunda qələbə topunu vuran (1:0) Radamel Falkao Fransada hər şeyin ürəyincə olduğunu qeyd edib.
Korner.az-ın “France Press”ə istinadən verdiyi məlumata görə, Falkao oyundan sonra jurnalistlərə Fransanı tərk etməyi düşünmürəm deyib.
Falkao sözünün üstündə dursa, “Liverpul” və “Real”ın istəkləri gerçəkləşməyəcək.
