Falkao “Milonarios”a qayıtdı
08.01.2026 , 10:30
Kolumbiya millisinin sabiq hücumçusu Radamel Falkao yenidən “Milonarios”un formasını geyinəcək.
Korner.az xəbər verir ki, 39 yaşlı forvard 2025-ci ilin yayında komandadan ayrılmış və bir müddət azad agent olmuşdu.
2024-cü ildə “Milonarios”da 29 oyuna çıxan Falkao 11 qol vurmuşdu.