Falkao iş yerini dəyişir
26.02.2019 , 18:37

Kolumbiyalı futbolçu Radamel Falkao karyerasını İtaliyada davam etdirə bilər.
İtaliya mətbuatının verdiyi məlumata görə, 33 yaşlı hücumçu trasnfer məsələsi ilə bağlı İtaliyaya səfər edib. Bir müddət “Galatasaray” klubuna gələcəyi deyilən futbolçu “Latsio” və “Milan” klublarının rəhbər şəxsləri ilə görüş keçirəcək.
Qeyd edək ki, Falkao cari mövsüm “Monako” klubunun heyətində 22 oyuna çıxıb və 9 qol vurub.
