İqtisadi problemlər yaşayan Yunanıstanda futbol komandaları maliyyə qaynaqları tapmaqda çətinliklə üzləşirlər.
Korner.az– ın məlumatına görə, Yunanıstanın Larisa şəhərində "Vukefalos" həvəskar futbol komandasının rəhbəri sponsor tapa bilmədiyi üçün 3 min nəfərin çalışdığı lüks "Sula Zəmanə Evi" fahişəxanası ilə anlaşıb.
Fahişəxananın sahibəsi Madam Hrisula sponsor olmaq üçün ödədiyi pulun məbləğini açıqlamayıb. “Vukefalos” klubunun prezidenti Yiannis Baciolas oyunlarda qələbə qazandıqları zaman futbolçuların fahişəxananı pulsuz ziyarət edəcəklərini də açıqlayıb.
