Dünən 178 futbolçunun ölümü ilə nəticələnə aviaqəzanın 34-cü ildönümü idi.
Korner.az-ın məlumatına görə, söhbət 1979-cu il avqustun 11-də Özbəkistanın “Paxtakor” klubunun əsas komanda üzvlərinin də yer aldığı “Tu-134” təyyarəsinin qəzaya uğramasından gedir.
Daşkənd – Quryev – Donetsk – Minsk reysi ilə uçan təyyarə Dneprodzerjinsk səmasında başqa bir təyyarəylə toqquşmuş və nəticədə hər iki təyyarədəki sərnişinlər ölmüşdülər.
Bu hadisədən sonra “Paxtakor” digər klublardan gələn könüllü futbolçularla güclənmiş və kluba göstərdiyi nəticədən asılı olmayaraq 5 il yüksək dəstədə mübarizə aparmaq güzəşti edilmişdi.
Qəza nəticəsində dünyasını dəyişən futbolçular bunlar idi: Ravil Aqişev, Mixail An, Olim Aşirov, Sirojiddin Bazarov, Konstantin Bakanov, Yuri Zaqumennıx, Şuxrat İşbutayev, Aleksandr Korçenov, Nikolay Kulikov, Vladimir Makarov, Sergey Pokatilov, Vladimir Sabirov, İdqay Tazetdinov, Vladimir Fyodorov, Mansur Talibcanov, Vladimir Çumakov, Viktor Çurkin.
