“Çelsi”nin futbolçusu Sesk Fabreqas “Barselona”daki karyerası haqda danışıb.
Korner.az-ın məlumatına görə, onun fikrincə Kataloniya dövrü onun üçün uğursuz olub:
“Mən “Barsa”ya keçəndə mənim uğurlarım aşağı düşdü. “Arsenal”da komandanın lideri idim. İstisnasız olaraq bütün futbolçular mənə baxırdı. Bura gələndə isə məndən də güclü ulduz futbolçular var idi. Buna görə də, elə də uğurlu ola bilmədim. Doğrudu, “Çelsi”dən qabaq “Real”dan da təklif almışdım, amma sonu gəlmədi. Çox danışıqlar olsa da, həlledici qərar gəlmədi”
Sesk Fabreqas “El-Klassiko”nu da dəyərləndirib:
“Hazırda “Barsa” “Real”dan bir baş üstündü. Messi olmasa belə kataloniyalılar rahat qələbə qazana bilər. Luis Enrike bu futolçunun yoxuluğunda da 4-3-3 sistemi ilə oynaya bilər”
