Fabreqas “Monako”nun hədəfində
21.12.2018 , 14:50

Qış fasiləsində “Çelsi”dən ayrılacağı gözlənilən Sesk Fabreqas daha bir klubun maraq dairəsindədir.
“Monako” 31 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.
“Knyazlıq klubu”nun baş məşqçisi Tyerri Anri Fabreqasın komandanı gücləndirmək potensialını gördüyü üçün rəhbərlikdən bu transferi tələb etdiyi bildirilir. “Monako”nun ispaniyalı futbolçu üçün London klubuna rəsmi təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada cəmi 4 oyun keçirən Fabreqasla “Qalatasaray” və “Milan” da yaxından maraqlanır
