DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizlə eyni qrupda mübarizə aparan Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello qrupda qalan oyunlarının çətin olacağını düşünür.
Korner.az-ın məlumatına görə, italyan mütəxəsis bunları deyib:
"Biz cəmi 4 oyun keçirmişik. Qarşıda isə hələ 6 matçımız var. Ola bilər ki, Lüksemburqla oyunumuz asan olsun. Ancaq bunda da əmin deyiləm. Bizə hələ Belfasta getmək lazımdır. Yayda Portuqaliya ilə səfər matçımız var. Bundan sonra isə Azərbaycanla Bakıda oyunumuz olacaq. Bir də İsraillə ev matçımız var. Bütün oyunlara ciddi yanaşırıq və dünya çempionatına düşməyimiz heç də asan olmayacaq. Bəli, biz yaxşı başladıq və Portuqaliyadan aralana bildik. Ancaq seçmə mərhələ uzun yoldur”.
