DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya seçməsinin baş məşqçi postunda qeyri – müəyyənlik davam edir. Korner.az-ın məlumatına görə, şimal qonşumuz Dik Advokatin gedişindən sonra boş qalan baş məşqçi vəzifəsinə hələdə yeni çalışdırıc tapa bilməyib.
Rusiya mətbuatının yaydığı xəbərə görə, ölkə futbol ittiqafı məşhur italiyalı mütəxəssis Fabio Kapelloya da təklif göndərmək fikrindədir.
Qeyd edək ki, Rusiya və Azərbaycan milliləri arasındakı ilk oyun bu il Moskvada, növbəti qarşılaşması isə gələn Bakıda olacaq.
