Fəridin komandası məğlub oldu
10.04.2022 , 16:54
Çexiya 2-ci divizionunda 22-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) doğma meydanda lider “Zbroyovka” ilə qarşılaşıb və 0:3 hesabı ilə uduzub.
Fərid də bu görüşün iştirakçısı olub. O, birinci hissədə meydana daxil olub və fasilədə əvəzlənib.
“Viktoriya” hazırda 11 xalla 16 komanda arasında sonuncu pillədə qərarlaşıb.