big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Gündəm

Fərid Qayıbov federasiyalara çağırış etdi

07.02.2022 , 15:10

Gənclər və idman naziri Fərid Qayıbov postunda 5-ci ayı barədə məqalə dərc edib.

Qayıbovun Nazirliyin saytında gedən yazısını təqdim edirik…

Yeni il dinamik başladı. İlk günlərdən gənclərlə iş, idman yarışlarının təşkili, federasiyalarla əməkdaşlıq, regionlarda yaşayan gənclərin inkişafı istiqamətlərində işlər aparılır. Həyat göstərir ki, yeni şərait yeni qaydalar yaradır, lakin nizamlı olmaqla nəzərdə tutulan planları davam etdirmək mümkündür.

Bu ay intellektual inkişaf sahəsində ixtisaslaşan gənclər təşkilatlarının rəhbərləri ilə Sumqayıt Gənclər Evində görüşdük. Gənclərin maraq göstərdiyi Şən və Hazırcavablar Klubları, kompüter oyunları, robot və dron mühəndisliyi, intellektual oyunlar klublarının fəaliyyəti haqqında çox ətraflı və mənzərəni aydın göstərən hesabatlar dinlədim. Görüşün davamı kimi, Azərbaycan Kiberidman Federasiyasının əsas bazasında yarışların və məşqlərin aparılması üçün yaradılmış şəraitlə tanış oldum, mütəxəssislərlə söhbət zamanı İnformasiya Texnologiyaları sahəsində yeni ideya və layihələrin də reallaşdırılmasını müzakirə etdik, xüsusən, bu işin regionlarda təşkilinə diqqəti artırmalıyıq.

Regionlardakı vəziyyətlə tanışlığım davam edir – Mingəçevir, Neftçala, Ağdaş və Göyçay şəhərlərində səfərdə oldum. Tikilməkdə olan, eləcə də mövcud idman və gənclər infrastrukturunun fəaliyyəti ilə maraqlandım. Mingəçevir və Göyçay Gənclər Evlərində gənclər üçün yaradılan şərait və göstərilən xidmətlər barədə məlumat aldım. Göyçay və Ağdaş Olimpiya İdman Komplekslərində idmançılarla, məşqçi-müəllimlərlə müzakirələrdə gənclərə və idmançılara xidmət səviyyəsinin genişləndirilməsinin önəmliyi qeyd edildi.

Mingəçevirdə “Kür” Olimpiya İdman-Tədris Mərkəzində “Tariximizi birgə yaşadaq” şüarı ilə keçirilən avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” turnirini izlədim. Bayram ab-havasında keçən yarış gözəl təəssüratlarla yadda qaldı. Azərbaycan Milli Avarçəkmə Federasiyasına bu təşəbbüsə görə təşəkkür edirəm.

Naxçıvana səfərim şahmat üzrə ölkə çempionatının açılışı ilə eyni günə təsadüf etdi. Yarışın açılış mərasimindən sonra, ikigünlük səfər müddətində Naxçıvanın fəal gəncləri və idman ictimaiyyəti nümayəndələri ilə görüşdə onların fikirlərini, təkliflərini dinlədim, müxtəlif mövzular üzrə müzakirələr apardıq.

Ağbulaq Xizək Mərkəzi, Naxçıvan Şahmat Mərkəzi, Naxçıvan Olimpiya İdman Kompleksi, Muxtar Respublika Stadionu, Üzgüçülük Mərkəzi, Uşaq-Gənclər İdman Məktəbi, Şərur Olimpiya İdman Kompleksi və Uzunoba Təlim-Məşq İdman Kompleksinin fəaliyyətləri ilə tanışlıq zamanı bölgədə müxtəlif idman növlərinin inkişaf imkanları ilə maraqlandıq. Xüsusilə, Ağbulaq Xizək Mərkəzinin potensialından gələcək qış olimpiyaçılarımızın yetişməsi üçün səmərəli istifadə etmək mümkündür. Naxçıvan Gənclər Evi və Gənclər Mərkəzində gənclərin fəaliyyəti barədə də məlumat əldə etdik.

2 fevral – Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr edilmiş “Gənclər həftəsi” rəngarəng tədbirlərlə dolu oldu. Gənclər üçün “Əmək yarmarkası”, “Dron Şou”, “Yaradıcı gənclər səhnəsi” təşkil edildi. Bloqerlərlə keçirilən görüşdə onların gənclərlə bağlı fikirlərini dinlədim. Nazirliyin rəsmi Facebook səhifəsində həftə ərzində təşkil edilən canlı bağlantılar vasitəsilə müxtəlif peşələrin ekspertləri gənclərin suallarını cavablandırdılar.

Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev gənclər qarşısında ölkəmizin gələcəyi ilə bağlı vəzifələr qoydu. Dövlətimizin başçısı xüsusi Sərəncamla “Gənclər üçün Prezident Mükafatı”na layiq gördüyü laureatları təltif etdi.

Ölkəmizin rəhbəri Forumdakı çıxışında bölgələrdə yaşayan gəncləri idmana cəlb etmək üçün daha fəal olmağı tövsiyə etdi: “Çünki idman həm ölkənin şöhrətini ucaldır, eyni zamanda, mənim üçün bu, daha çox kütləvi məna daşıyır. Çünki idmanın kütləviliyi daha çox vacibdir. İdmanın kütləviliyi sağlam nəslin yetişməsi deməkdir”.

Püşkatma yolu ilə Tovuz 2022-ci ilin “Gənclər paytaxtı” seçildi. “İlin gənci” nominasiyasında qaliblərə mükafatlar təqdim edildi. Bir daha fürsətdən istifadə edib Azərbaycan gənclərini Gənclər Günü münasibətilə təbrik edirəm!

Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən idman federasiyaları ilə görüşlərimiz davam edir, vəziyyət təhlil edilir, əsas istiqamətlər müəyyənləşdirilir. Həndbol və Qış idman növləri federasiyalarının ümumi yığıncaqlarında iştirak etmişəm. Kamandan Oxatma Federasiyasının,  Yelkənli İdman Federasiyasının işləri ilə tanış olmuşam, yığma komandaların məşq bazalarına baxış keçirmişəm. Regionlarda idmanın inkişafına diqqəti artırmaq bizim üçün prioritet məsələlərdən biridir. İdman federasiyalarımızın bu çağırışa qoşularaq bölgələrdə bölmələrin və yarışların təşkilinə diqqəti artırması kütləviliyə də təkan verə bilər.

İnklyuziya cəmiyyətimizdə getdikcə daha geniş vüsət alır. Bu idmanda da öz əksini tapır. Fəaliyyəti ilə tanış olduğum əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində bu məqsədlə yaxşı şərait yaradılıb. Mərkəzin perspektiv inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. “Məmmədyarovlar” şahmat məktəbi ilə tanışlıq zamanı isə ölkənin yeni şahmat potensialının inkişafı sahəsində imkanları müzakirə etdik.

İlin ilk ayını idmançılarımız beynəlxalq yarışlarda uğurlu çıxışları ilə başa vurdular. Güllə atıcılığında, qadın güləşində, cüdoda, qılıncoynatmada, atletikada, qarüstü poloda, şahmatda, sumoda qazanılan qələbələr gələcəyə daha böyük ümidlərlə baxmağa əsas verir.

Nəticə əldə etmək üçün yaxşı başlanğıc var: realistik baxışlar, obyektiv təhlil, səmərəli müzakirələr, ardıcıl planlar. Həmçinin dövlətin dəstəyi, mütəxəssislərin təcrübəsi, gənclərin və idmançıların potensialı. Elə isə, bu işin də öhdəsindən birlikdə gələcəyik.

Son yazılar

To Top