big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Fərhad Vəliyevdən Qurban Qurbanova ismarıc: “Ehtiyatda oturmaq istəmirəm!” – MÜSAHİBƏ

09.10.2012 , 09:55

"Qarabağ"ın qapıçısı Fərhad Vəliyevin Korner.az saytına müsahibəsi

– Premyer Liqanın ilk 8 turu geridə qalıb. "Qarabağ"ın çıxışlarını necə dəyərləndirirsən?

Startda yaxşı başlamışdıq. Sonradan səfərdə AZAL-a məğlub olduq. Bu məğlubiyyətdən sonra psixoloji gərginliyə düşdük. Lakin hər şey yavaş-yavaş qaydasına düşür. 

– Komandada psixoloji durumun düzəlmədiyini demək olarmı?

Bilirsiz, belə məğlubiyyətlərdən sonra psixoloji cəhətdən sarsıntı olur. Bu acı məğlubiyyətdən sonra Tovuz səfərində  "Turan"ı məğlub etdik və az da olsa, bu yenilgini unutdurmağa çalışdıq.

– Əsas heyətə düşməkdə çətinlik çəkirsən. Lakin əlinə yaxşı fürsət düşmüşdü. Miro Vardoviç AZAL-nan oyunda qapısından 6 qol buraxdı və sənin qarşıdakı turlarda özünü sübut imkanın oldu. 

Düzdü, AZAL-la oyundan sonra "Turan"la qarşılaşmada qapını qorumaq mənə həvalə edildi. Həmin oyunda da 1:0 hesablı qələbə qazandıq. Ancaq "Turan"la oyundan sonra növbəti turda "Simurq"la matçda yenə ehtiyatda qaldım. Bundan sonra 8-ci turda səfərdə "Kəpəz"lə oyunda qapını mən qorudum.

– Belə çıxır ki, Qurban Qurbanov Vardoviçi daha çətin rəqiblərlə oyunda meydana buraxır. Səni isə belə oyunlarda ehtiyatda saxlayır. Qısası, sənə güvənmir.

Vallah, səbəbini mən də bilmirəm. Vardoviçin komandaya gəlməsi forma uğrunda mübarizəni daha da gərginləşdirib. Artıq hər kəs özünü daha yaxşı formada göstərib meydana çıxmağa, ehtiyatda oturmamağa çalışır.

– "Qarabağ"da ehtiyatda qalmağın sənin milli karyerana da təsir göstərir. Bu haqda nə deyərdin?

Düzdü, stabil oynaya bilməməyim mənim milli karyerama pis təsir göstərir. Lakin mən öz üzərimdə çalışıram. Artıq ehtiyatda oturmaq istəmirəm. Meydana çıxıb, oyun oynamaq istəyirəm. Mən "Qarabağ"da qalanda düşündüm ki, artıq əsas heyətdə meydana çıxmaq şansı qazanacam. Ancaq yenə də son söz baş məşqçinindi. Biz peşəkar futbolçuyuq və öz şansımızı gözləyəcəyik.

– Ümumiyyətlə, Berti Foqtsla bu barədə söhbətin olubmu?

Keçən il olub. Foqts mənə dedi ki, əsas heyətdə çıx 5-6 oyun oyna və milliyə dəvət al. Əgər "Qarabağ"da əsas heyətə düşə bilmədiyində digər klublara keçməyimi də məsləhət gördü. 

– Millimiz DÇ-2014-ün seçmə oyununda Rusiya ilə səfərdə qarşılaşacaq. Bu oyunla bağlı nə deyərdin?

Millimiz ilk oyunda İsraillə heç-heçə edərək ilk xalını qazandı. Həmin oyunda qalib də, gəlmək olardı. Rusiya çətin rəqibdi. Onlar qrupun favoritidi. Ancaq bizim milli bu il daha da güclənib.

Səxavət QURBANOV

Son yazılar

To Top