Türkiyə Super Liqasının 24-cü turunda “Trabzonspor” klubu “Fənərbağça”nı qəbul edəcək.
Korner.az-ın məlumatına görə, bəzi “Trabzonspor” azarkeşləri Rizəyə bir oteldə məskunlaşmaq üçün yollanan “Kanaryalar”ı daşıyan avtobusa yumurta atıblar.
Qeyd edək ki, “Trabzonspor” – “Fənərbağça” qarşılaşması bu gün saat 22:00-da Avni Aker Stadionunda baş tutacaq.