“Fənərbağça”dan növbəti transfer
20.08.2020 , 16:29
“Fənərbağça” növbəti transferini həyata keçirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi müqavilə ilə “Cenoa”ya məxsus olan Sinan Gümüşü transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, S.Gümüş ötən mövsümün ikinci yarısını icarə əsasında “Antalyaspor”da keçirib.